Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu döyərək öldürməkdə təqsirləndirilənlər - Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayevin məhkəməsi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
Məlum olub ki, onlardan Y.Bayramov həbsdədir, digər 3 nəfər polisin nəzarətinə verilməklə sərbəst qalıb.
Bugünkü iclasda hakim həmin 3 nəfər barəsində də həbs qətimkan tədbiri seçib və onlar məhkəmə zalında həbs olunublar.
Proses yanvarın 10-da davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən il avqustun 20-də Sumqayıt şəhərində baş verib. Şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşid Abbasov qapalı kəllə-beyini, baş-beyin silkələnməsi və burun sümüyünün sınığı ilə xəstəxanaya gətirilib və orada ölüb.
Həmin gün şəhər ərazisində R.Abbasovla qonşuları, əvvəllər məhkum olunmuş Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayev arasında münaqişə baş verməsi, bu zaman onun həmin şəxslər tərəfindən döyülməsi müəyyən edilib və onlar saxlanılıblar.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər