Qətlin 11 şübhəlisi ilk dəfə hakim qarşısında - Beşinə edam...

qetlin-11-subhelisi-ilk-defe-hakim-qarsisinda
Oxunma sayı: 1754

Jurnalist Camal Kaşıkçını İstanbul konsulluğunda qətlə yetirən 11 nəfər ilk dəfə olaraq Ər-Riyadda hakim qarşısına çıxarılıb.

“Qafqazinfo” xarici KİV -ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Baş Prokurorluğu 11 şübhəlidən beşi üçün edam cəzası istəyib. 

Xatırladaq ki, Camal Kaşıkçı Səudiyyənin İstanbuldakı konsulluğunu ziyarət etdikdən sonra yoxa çıxmışdı. Riyad hökuməti onun qətlini uzun müddət inkar etsə də, beynəlxalq təzyiqlərin artması ilə 3 həftə sonra cinayəti etiraf etməli olmuşdu. 

Lakin cəsədin harada olması ilə bağlı Səudiyyə hökuməti indiyə qədər açıqlama verməyib.