Qeybət niyə edilir?

qeybet-niye-edilir
Oxunma sayı: 4119


Başqalarının həyatda çatdığı mövqeyə görə həsəd aparmağa görədir. O zaman ki, özü həmin mövqeyə çata bilmir, həmin mövqedə olan insanları başqalarının gözündə alçaltmaq və abırlarını aparmaq istəyir. (Tebyan)

Əmirəl-möminin (ə) buyurur: “Qeybətdən çəkinin, çünki Allahın və insanların qəzəbinə və düşmənçiliyinə səbəb olar, savabları məhv olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Bəndənin imanı möhkəm və sabit qalmaz, o haldan savayı ki, ürəyi möhkəm və sabit olsun. Ürəyi sabit qalmaz, o haldan savayı ki, dili sabit qalsın. Ona görə də sizlərdən hər kim, əli müsəlman qardaşının mal və qanına bulaşmamış və dili iman qardaşlarının abırını aparmamış Allahla görüşmək istəyirsə, bu işi görsün”.

Bu qəbahətli və çirkin iş insanların arasında o qədər yayılmışdır ki, təqribən çirkinliyi aradan getmişdir. Qeybət bir çox insanlar üçün adi bir işə çevrilmişdir və hətta çoxumuz qeybət etməzdən əvvəl deyirik ki: “Allah qeybətə yazmasın, ancaq filankəs bu işi görmüşdür”. Çox maraqlıdır ki, qeybət olduğunu bilirik, ancaq onu edirik.

Qeybətin səbəblərindən biri də başqalarının həyatını araşdırmaq və şəxsi həyatlarına müdaxilə etməkdən irəli gəlir. Yəni bəzi insanların həyatı bəziləri üçün çox maraqlıdır, ondan agah olmaq istəyirlər. Bilmək istəyir ki, onun evində neçə televizoru və neçə telefonu vardır, yoxsa gecəni yata bilməz. Çox təəsssüf ki, bu cür insanlar cəmiyyətdə az deyildir.

Ona görə də bu insanlar adətən o üçüncü şəxslə yaxınlıq edirlər ki, birinci şəxsin dostudur və ya evinə gedib-gələndir. Ona görə də onunla görüşən zaman suallar verməyə başlayır və bir sual qurtarır, o birisinə keçir və sair. Nəhayət onun zəif cəhətini tapmağa çalışır. Tapan zaman isə rahat oturmur və onu başqalarına ötürmək üçün səbirsizlik edir.

Ona görə də başqalarının həyatını araşdırmaq qeybət üçün zəminə yaradır. Bununla yanaşı, başqa günühlar üçün də yol açır. Həmin şəxsin rahat həyatını bir-birinə vurur və pərişan edir. Bundan başqa, həmin araşdıran şəxsin həyatı da rahat olmaz. Çünki günü onun və bunun həyatını araşdırmaqla keçir və öz şəxsi həyatından qafildir. Ona görə də öz şəxsi həyatında da rahatlığı və hüzuru olmaz.

Deyə bilərik ki, qeybət bizə bəladan başqa bir şey gətirmir. Belə ki, insan həm cismi rahatlığını və sağlamlığını əldən verir: ürək, beyin, ruhi xəstəliklərinə düçar olur. Bundan başqa axirətini də zay edir və cəhənnəmdəki yerini möhkəmləndirir. Bu qədər günah qarşısında bizə hər halda behiştin gözəl bağlarını bəxşiş verməzlər.

Qeybət etmək başqa günahlar üçün başlanğıc olar. Misal üçün, başqasının qeybətini edən insan söhbətini daha da cazibəli etmək üçün yalana və böhtana da əl atar və ya yalandan and içər. Ya da yanlış fərziyyələr irəli sürər və sui-zənn edər. Həmin şəxsə qarşı əgər kin və küdurəti varsa o qədər sui-zənlər edər ki, üçüncü şəxs ki, bu qeybətə qulaq asır, onun da ürəyinə kin toxumları səpər.

Qeybətin axirət nəticəsi.

Atəş, atəş, atəşdir. Hər nə qədər savabın varsa, həmin şəxsə ötürülər və onun bütün günahlarını sənə yazarlar. Çünki onun qeybətini etmisən. Bir anda hər şeyi bada verərsən. Bundan pisi nə ola bilər ki? Allahın və insanların düşməninə çevriləsən və insanlar səndən uzaqlaşar (deyerler.org).