Qeydiyyat başlanır

qeydiyyat-baslanir
Oxunma sayı: 1724

Doqquzillik təhsil bazasında kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanır.

Qafqazinfo”nun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən məlumatına görə, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunanlar iyulun 21-dən 29-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtinası kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.