Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı artıb

qeydiyyatda-olan-narkotik-istifadecilerinin-sayi-artib
Oxunma sayı: 892

“Respublika Narkoloji Mərkəzində 33,788 nəfər qeydiyyatda olan narkotik maddə istifadəçisi var”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov mərkəzin fəaliyyəti barədə müsahibəsində bildirib.

O qeyd edib ki, narkotik maddə istifadəçilərinin 618-i qadındır.

“Narkotik aludəçilərindən 9-u 15-17 yaşlarda, 12, 969 nəfəri isə 18-34 yaşlar arası olanlardır. Qeyd edim ki, ötən il bu rəqəm 32, 921 olub. Amma bu artımı respublikada narkotik maddə istifadəçilərin sayının artması kimi qəbul etmək də düzgün olmaz. Düşünürəm ki, bu, Narkoloji Mərkəzə müraciətlərin sayında olan dəyişiklikdir. Yəni, biz bunu mərkəzdə aparılan müalicəyə olan inamın artması kimi dəyərləndiririk”.

Gülnar Əliyeva