Qeydiyyatı rayonda olanlar da Bakıda tibbi sığortadan istifadə edəcək

qeydiyyati-rayonda-olanlar-da-bakida-tibbi-sigortadan-istifade-edecek
Oxunma sayı: 1080

“Vətəndaşlar yaşadıqları ərazi üzrə Daxili İşlər Nazirliyində müvəqqəti qeydiyyata düşdüyü təqdirdə müştərək müqavilə olmadan müayinələrdən keçə bilər”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransında deyib.

Bildirib ki, regionlarda qeydiyyatda olanlar yaşadıqları ərazi üzrə tibb müəssisələrinə müraciət edə bilər:

“Məsələn, Bakıda yaşayan Qax sakini Daxili İşlər Nazirliyində hazırda yaşadığı ünvan üzrə qeydiyyatdan keçdiyi təqdirdə uyğun olaraq tibb müəssisələrinə müraciət edə bilər.

Bu çətin bir proses deyil. Bizə arayış gətirir və ona əsasən sistemə qeyd olunur, müştərək müqavilə olmadan xidmətlərdən istifadə edir”.

Günel Hacı