Qeydiyyatın bitməyinə az qalıb

qeydiyyatin-bitmeyine-az-qalib
Oxunma sayı: 1039

Dövlət İmtahan Mərkəzi fevralın 10-da 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları üzrə sınaq imtahanı keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə təqdim olunacaq.

Sınaq imtahanına qeydiyyat 4 fevral saat 09:00-dək aparılacaq. 

Ətraflı məlumatı buradan ala bilərsiz. 

Qeyd edək ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanının yalnız bir dəfə keçirilməsi nəzərdə tutulur.