Qeyri-adi şəkildə etiraz- - Video

qeyri-adi-sekilde-etiraz-
Oxunma sayı: 1643


Qafqazinfo” xəbər verir ki, buna səbəb “Rasinq Santander”li futbolçuların oyundan imtina etməsi olub. Belə ki, 6 aydır maaşlarını ala bilməyən futbolçular və məşqçi heyəti oyundan qabaq, klub rəhbərliyinə öz etirazlarını bu cür göstərmək qərarına gəliblər. Matçın hakimi start fitini çalsa da, futbolçular oyuna başlamayıblar. Onlar komanda şəkilində bir yerə toplaşaraq bir neçə dəqiqə dayanıblar. “Rasinq”in kapitanı Mario Fernandez hakimə yaxınlaşıb oynamayacaqlarını deyib. Bundan sonra baş hakim Gil Manzano görüşün dayandırıldığını elan edib.

 Bu cütlüyün ilk oyununda “Real Soseydad” 3-1 hesabı ilə qələbə qazanıb və cavab matçını oynamadıqları üçün “Rasinq Santander”ə texniki məğlubiyyət verilib. Nəticədə yarımfinala adlayan tərəf “Real Soseydad” olub.

 

İqbal