Qeyri-iş və bayram günlərində abonentlər hara müraciət edə bilərlər?

qeyri-is-ve-bayram-gunlerinde-abonentler-hara-muraciet-ede-bilerler
Oxunma sayı: 1107

Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin əməkdaşları 21-24 aprel tarixlərində Abşeron, Xəzər, Qaradağ və Sabunçu xidmət sahələrində, həmçinin BRQSD-nın inzibati binasında vətəndaşlara xidmət göstərəcəklər.

“Qafqazinfo” xəbər verir ki, əməkdaşlar şənbə və bazar günləri saat 10:00-dan 14:00-dək, həftə içi isə saat 11:00-dan 15:00-dək fəaliyyət göstərəcəklər.

 Həmçinin abonentlərin nəzərinə çatdırılır ki, 24 aprel tarixindən “ASAN Kommunal” mərkəzləri tam şəkildə fəaliyyət göstərəcək.

Abonentlər həm Birliyin Çağrı Mərkəzinin 077 3 104 104 vatsap nömrəsi, həm də azeriqaz.az saytının online çat bölümü vasitəsilə müraciətlərini edə bilərlər.