Qeyri-qanuni tikintinin qarşısı alındı - Video

Qeyri-qanuni tikintinin qarşısı alındı
Oxunma sayı: 1667

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonunda Qarabağ, Ə.Vahid, Ə.Əlizadə və T.Şıxəliyev küçələrinin kəsişməsində müvafiq sənədlər olmadan qeyri-qanuni tikinti işlərinin aparılması faktı aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.