Qeyri-rəsmi yaşadığı qadını öldürməyə cəhd edənin məhkəməsi olub

qeyri-resmi-yasadigi-qadini-oldurmeye-cehd-edenin-mehkemesi-olub
Oxunma sayı: 999

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Şirzad Əsədovun məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses martın 11-də davam etdiriləcək.

İttihama görə, 35 yaşlı Ş.Əsədov Şamaxı rayonunun Meyseri kəndində qeyri-rəsmi birgə nikahda yaşadığı 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyevanı döyüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəyə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarın nahiyəsinin qapalı travması, nazik bağırsağın cırılması, sol çiyin qurşağının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Məlumata görə, Ş.Əsədov əvvələr məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar bir yerdə yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub.

Murad Əhməd