Qeysəriyyə ilə doğulan uşaqların sərgisi- - Fotolar

qeyseriyye-ile-dogulan-usaqlarin-sergisi-
Oxunma sayı: 3014


“Qafqazinfo” slate.com-a istinadən xəbər verir ki, “Cesar” adlanan foto layihəyə 2013-cü ildə start verilib. Layihədə qeysəriyyə üsulu ilə doğulmuş körpələrin ilk anları fotolarda əks olunub. 

Roman 20 may, 2014-cü il, saat 10:51-də doğulub. Onun ilk fotosu doğuşdan 8 saniyə sonra çəkilib. 

Kevin 27 dekabr, 2013-cü il, saat 10:36-da dünyaya gəlib. Foto 13 saniyə sonra lentə alınıb.  

Mael 13 dekabr, 2013-cü il, saat 16:52-də doğulub, şəkili 18 saniyə sonra çəkilib. 

Steven 21 dekabr, 2013-cü ildə dünyaya göz açıb, şəkili doğuşdan 15 saniyə sonra çəkilib. 

Liza 26 fevral, 2013-cü il, saat 08:45-də doğulub. Şəkil 3 saniyə sonra çəkilib. 

Louann 12 aprel, 2013-cü il, saat 08: 40-da dünyaya gəlib. Fotosu 14 saniyə sonra çəkilib. 

Qeyd edək ki, sözügedən foto-sərgi yanvarın 24-dən martın 5-nə kimi Parisin Centquatre Mərkəzində nümayiş etdiriləcək.