Qəza baş verdi, 60 ev qazsız qaldı

qeza-bas-verdi-60-ev-qazsiz-qaldi
Oxunma sayı: 2102

Zərdab rayonunun Pərvanlı kəndində qəza törədən yük maşını diametri 108 mm olan qaz xəttinin üzərinə aşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən may ayının 15-də saat 16:30-dan etibarən 60 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.

Qəzanın fəsadlarının aradan qaldırılması üçün zəruri tədbirlər görülür.