Qəza baş verdi, iki rayonda su kəsildi - Fotolar

qeza-bas-verdi-iki-rayonda-su-kesildi
Oxunma sayı: 2462

Bakının Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə suyun verilişi dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat paylaşıb.

O bildirib ki, buna səbəb Binəqədi rayonunda magistral xətdə baş vermiş qəzadır:

“Hazırda qəzanın aradan qaldırılması işləri davam edir. Çətin şəraitdə, xüsusi texnikaların və projektorların köməyilə iş başa çatdırılacaq”.