Qəza baş verdi, “Koroğlu” istiqamətində sıxlıq yarandı

qeza-bas-verdi-koroglu-istiqametinde-sixliq-yarandi
Oxunma sayı: 1905

Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.