Qəza nəticəsində maşında sıxılıb qalan şəxs xilas edildi - Video

qeza-neticesinde-masinda-sixilib-qalan-sexs-xilas-edildi
Oxunma sayı: 1911

Lənkəran rayonu, Vilvan kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib. Nəticədə vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü G.Hüseyinlini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.