Qəza qaz xəttini yararsız hala saldı - Video

qeza-qaz-xettini-yararsiz-hala-saldi
Oxunma sayı: 1181

Gecə saatlarında Tovuz rayonunun H.Əliyev prospektində avtomobil qəzası zamanı diametri 108 mm olan qaz xətti yararsız hala düşüb.

“Qafqazinfo” xəbər verir ki, nəticədə 800 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Şəmkir Regional qaz istismarı İdarəsinin əməkdaşları hadisə yerindədir və səhər saatlarından qaz təminatının bərpası işlərinə başlanılıb.