Bakının Nərimanov rayonunda qəza baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Əhməd Rəcəbli ilə Yusif Vəzir Çəmənzəminli küçələrinin kəsişməsində qeydə alınıb.
“BMW” markalı avtomobil dönmək istəyən “Hundai”ya arxadan çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, “BMW”yə ciddi ziyan dəyib. Olay yerinə polis əməkdaşları cəlb edilib.
Hadisə böyük tıxaca səbəb olub.



Son xəbərlər
Son Xəbərlər