Qəza törədən sərxoş sürücü maşından düşmək istəmədi- - Video

qeza-toreden-serxos-surucu-masindan-dusmek-istemedi-
Oxunma sayı: 1541


“Qafqazinfo” Region TV-ə istinaədn xəbər verir ki, hadisə zamanı Füzuli rayon sakini Məmmədov Həsən Saday oğlu idarə etdiyi 10-DR-178 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobillə Zaqatala istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yoldan çıxarıb. 

Xoşbəxtlikdən qəza zamanı avtomobilə və sürücüyə heç nə olmayıb. 

Hadisə yerinə Şəki TTTYS-nin həkim briqadası cəlb olunub. Lakin hadisə zamanı maraqlı bir fakt qeydə alınıb. Belə ki, sürücünün tamamilə sərxoş olduğu bəlli olub. Hadisə zamanı sürücü avtomobilin qapılarını kilidləyərək ilk olaraq  avtomobildən düşməkdən imtina edib. Lakin sonradan Yol patrul xidməti əməkdaşlarının  köməkliyi ilə sürücü avtomobildən düşürülüb. Daha sonra sürücü həkim baxışından keçdikdən sonra DYP-nin ərazidə yerləşən postuna aparılıb. Hadisənin sürücünün avtomobili sərxoş idarəetməsi səbəbindən baş verdiyi bildirilir. Fakt araşdırılır.