Qəza törədən sürücülər öldü

qeza-toreden-suruculer-oldu-
Oxunma sayı: 1484


DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə aprelin 13-də saat 08 radələrində Kürdəmir şəhərində baş verib. Şəhər sakini Rövşən Həmidov idarə etdiyi “VAZ-2107” markalı avtomobili hasara vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib. 

Digər hadisə isə həmin gün saat 06 radələrində Balakən rayonunda Qullar kəndində qeydə alınıb. Elxan Hacıyev idarə etdiyi "VAZ-21033" markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə hadisə yerində ölüb. BDYPİ tərəfindən araşdırma aparılır. 

Murad Əhməd