Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini tapılıb.
“Qafqazinfo” xəbər verir ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-də saat 1 radələrində Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Binnət İsmayılovun xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Sait Həsənov saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər