Qəza zamanı sürücü yalnız bir şərtlə məsuliyyətə cəlb olunmayacaq

qeza-zamani-surucu-yalniz-bir-sertle-mesuliyyete-celb-olunmayacaq
Oxunma sayı: 4829

İnzibati Xətalar Məcəlləsinə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasıyla bağlı yeni bəndin əlavə edilməsi təklif edilir. 

“Qafqazinfo” xəbər verir ki, təklif edilir ki, Məcəllənin 327-ci maddənin “qeyd” hissəsinə aşağıdakı məzmunda 7-1-ci bənd əlavə edilsin:

“7-1" Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir.

Qeyd edək ki, 327.6- cı maddədə bildirilir ki, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir.

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Günel Türksoy