Qəza Ziya Bünyadov prospektində sıxlıq yaradıb - Foto

Qəza Ziya Bünyadov prospektində sıxlıq yaradıb
Oxunma sayı: 1605

Böyük Şor qovşağından başlayaraq 20 Yanvar dairəsi istiqamətində Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. 

Bu barədə "Qafqazinfo"ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, sıxlıq Z.Bünyadov prospektində yük avtomobillərinin iştirakı ilə baş verən yol nəqliyyat hadisəsi səbəbindən yaranıb. 

Sıxlıq bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların da intervalında ləngimələrə səbəb olub.