Qəzada 3 qadın yaralandı

qezada-3-qadin-yaralandi
Oxunma sayı: 780

Yasamal rayonu avtomobil bazarının arxasında yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, avtoqəza nəticəsində 3 qadın xəsarət alıb: "19 və 40 yaşlı qadınlar qapalı kəllə beyin travması ilə, 50 yaşlı qadın isə başın yumşaq toxumalarının əziyi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Hazırda müayinələri davam edir".

Günel Hacı