DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə martın 30-da saat 15 radələrində Təzəkənd kəndində qeydə alınıb.
Bakı şəhər sakini Tural İsgəndərovun idarə etdiyi “VAZ-2106” və Şəki rayon sakini İlqar Həmzətovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. T.İsgəndərovun sərnişini, anası Ətirə İsgəndərova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər