Qəzada arvadı öldü, nəvələri yaralandı

qezada-arvadi-oldu-neveleri-yaralandi
Oxunma sayı: 5307

Zərdab rayonunun Şıxbağı kəndi ərazisində bir ailə üzvlərinin düşdüyü qəza baş verib.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumatab görə, yanvarın 2-də saat 13 radələrində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “VAZ-21015” markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub.

Nəticədə sərnişini olan həyat yoldaşı Nazilə xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri - gəlini və 3 nəvəsi xəstəxanaya yerləşdirilib.

Zərdab RPŞ-də araşdırma aparılır.