Qəzada nəvə öldü, baba yaralandı

qezada-neve-oldu-baba-yaralandi
Oxunma sayı: 1676

Tovuz rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  

Qeyd olunub ki, avqustun 7-də saat 9 radələrində Tovuz rayonunun Qaralar kəndi ərazisində Şəmkir rayon sakini E.Zeynalov idarə etdiyi “VAZ-21063” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə E.Zeynalovun sərnişini - nəvəsi Sinan Zeynalov aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib. 

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.