Qəzada ölən 12 yaşlı məktəblinin kimliyi bilindi

qezada-olen-12-yasli-mekteblinin-kimliyi-bilindi
Oxunma sayı: 2041

Tovuzda yolu keçərkən avtomobil vurması nəticəsində ölən 12 yaşlı məktəblinin kimliyi məlum olub.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, bu, Qovlar qəsəbə sakini Eşqin Əkbərovdur. O, hadisə yerində dünyasını dəyişib.

Qovlar ərazisində baş verən qəza zamanı adıçəkilən qəsəbə sakini Elçin Allahverdiyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə məktəbdən qayıdan oğlanı vurub.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.