Qəzada ölən 22 yaşlı oğlanın meyitini xilasedicilər çıxartdı

Qəzada ölən 22 yaşlı oğlanın meyitini xilasedicilər çıxartdı
Oxunma sayı: 1752

Bakıda qəzaya düşən avtomobildə sıxılıb qalan şəxsin meyiti çıxarılıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Xətai rayonunda “Kia” markalı minik avtomobilinin daş hasara çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2000-ci il təvəllüdlü Hüseynov Zeynal Yusif oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.