Qəzada ölən futbolçunun forması əbədiləşdirildi

qezada-olen-futbolcunun-formasi-ebedilesdirildi
Oxunma sayı: 1119

Türkiyənin “Alanyaspor” klubunun qəzada ölən futbolçusu Jozef Suralın 90 nömrəli forması əbədiləşdirilib.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, bu barədə klub rəhbərliyinin qərar verib.

Qərara əsasən bundan sonra komandada heç bir oyunçu 90 nömrəli formanı geyinməyəcək.

Qeyd edək ki, “Kayserispor” - “Alanyaspor” matçından evinə qayıdan qonaqların futbolçularını daşıyan avtobus aşıb. Hadisə nəticəsində Sural ölüb, Stiven Koker, Kampuş Calma, Baiano, Papiss Sisse, İsaak Seki və Vellinton isə yaralanıb.