Qəzada ölən polisin kimliyi açıqlandı - Rəsmi

qezada-olen-polisin-kimliyi-aciqlandi-
Oxunma sayı: 4048

Bakıda dünən “SOCAR”a məxsus “İsuzu” markalı avtobusun qəzaya düşməsi barədə rəsmi açıqlama verilib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 25-də saat 08 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakinləri Kamran Abbasovun idarə etdiyi “Mercedes” və İsmayıl Babayevin idarə etdiyi “İsuzu” markalı (avtobus) avtomobillər toqquşub.

Nəticədə K.Abbasov hadisə yerində ölüb, İ.Babayevin 2 sərnişini xəstəxanaya yerləşdirilblər.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Kamran Abbadov mühafizə polisinin əməkdaşı olub.

Murad Əhməd