Xəbər verdiyimiz kimi, Bakı-Qazax yolunun Goranboy rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. Hadisə zamanı xəsarət alan Samir Rzayev Gəncə şəhərində yerləşdirildiyi xəstəxanada vəfat edib.
“Qafqazinfo”nun Unikal-a istinadən məlumatına görə, S. Rzayev Vətən müharibəsi qazisi olub.
O, doğulduğu Gəncə şəhərində son mənzilə yola salınıb.
Qeyd edək ki, hadisə Goranboyun Bəşirli kəndinin yaxınlığında qeydə alınıb. Belə ki hərəkətdə olan “VAZ 21014” markalı minik maşını yoldan çıxaraq aşıb.
Qəza zamanı xəsarət alan digər yaralı Seymur Tağıyevin müalicəsi xəstəxanada davam etirilir.

Son xəbərlər
Son Xəbərlər