Qəzada ölənlər arasında Azərbaycan vətəndaşları da var? - Açıqlama

qezada-olenler-arasinda-azerbaycan-vetendaslari-da-var
Oxunma sayı: 3885

“Azərbaycanın İrandakı səfirliyindən verilmiş ilkin məlumata görə, bu ölkədə baş vermiş təyyarə qəzasında həlak olanlar arasında vətəndaşlarımızın olması ilə bağlı məlumat daxil olmayıb”.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyi tərəfindən məsələ nəzarətdə saxlanılır.

Qeyd edək ki, göyərtəsində 176 sərnişin olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya düşüb. Qəza nəticəsində sərnişinlərin hamısı vəfat edib.