Qəzada ölənlərdən biri hərbçi, digəri ANAMA əməkdaşıdır

qezada-olenlerden-biri-herbci-digeri-anama-emekdasidir
Oxunma sayı: 5102

Xəbər verdiyimiz kimi, Bərdədə iki avtomobil toqquşub, hadisə nəticəsində 5 nəfər ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həlak olanlardan biri "Mercedes" maşını ilə toqquşan "Niva"nın sürücüsü Quliyev Ceyhun Akif oğludur.

Məlumata görə, Ceyhun Quliyev ANAMA-nın əməkdaşıdır. O, eyni zamanda Vətən müharibəsi iştirakçısı olub. Bundan başqa, qəza nəticəsində Daxili Qoşunların hərbçisi də həlak olub. Hələlik onun kimliyi açıqlanmayıb.