Qəzada ölənlərin adları açıqlandı - Rəsmi

qezada-olenlerin-adlari-aciqlandi
Oxunma sayı: 6121

Binəqədi qəsəbəsində ölümlə nəticələnən yol qəzası zamanı vəfat edənlərin adları açıqlanıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, martın 7-də saat 01 radələrində Binəqədi qəsəbəsində Abşeron rayon sakinləri Əli Abdullayevin idarə etdiyi “Range Rover” və Ramil Muradovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub.

Nəticədə R.Muradovun sərnişinlərindən Abşeron rayon sakini Elgün Muradov hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə Ə.Abdullayev xəstəxanaya yerləşdirilib, R.Muradov orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Murad Əhməd