Qəzada şəhid olanlardan biri generaldır

qezada-sehid-olanlardan-biri-generaldir
Oxunma sayı: 4250

Türkiyədə 10 hərbçinin həlak olması ilə nəticələnən helikopter qəzasında şəhid olanlardan biri general-leytenant Osman Erbaşdır.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, general Elazığ 8-ci Korpus Komandiri olub. 

O, ictimaiyyətə 2016-cı ildə Türkiyədə baş verən dövlət çevrilişə cəhd zamanı FETO-çulara müqavimət göstərməsi ilə tanışdır. 

Generalın ölümü ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onun oğlu İgidalp Erbaşa zəng edərək, başsağlığı verib.