Qəzada yaralanan sərnişinlərə təzminat verildi

qezada-yaralanan-sernisinlere-tezminat-verildi
Oxunma sayı: 1397

“BakuBus” MMC-nin 6 saylı avtobusunun qəzaya uğraması nəticəsində yaralanmış şəxslərə təzminat ödənilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin Mətbuat Xidmətinin rəhbəri Nuridə Allahyarova sosial şəbəkədə yazıb. O qeyd edib ki, şirkət tərəfindən sərnişin təhlükəsizliyinə xidmət edən və qanunvericiliklə tənzimlənən bütün şərtlərə əməl edilir: “Belə ki, "İcbari sığortalar haqqında" qanunun müddəalarına əsasən noyabrın 16-da Salyan şossesində, 20-ci sahə dairəsi yaxınlığında “BakuBus” MMC-yə məxsus 6 saylı marşrut üzrə hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 7 nəfərlə bağlı sığorta şirkəti tərəfindən tam təhlil aparılıb. Həmin qəza nəticəsində xəsarət alan Məhərrəmova Dilarə Tağı qızına 953 AZN, Dadaşzadə Fərhad Nadir oğluna 1500 AZN, Mirzəyeva Nəzakət Eldar qızına 1500 AZN, Əliyev Sərvan Məlumat oğluna 750 AZN, Ələkbərova Firuzə Bala Hüseyn qızına 750 AZN, Əliyeva Fəxrəndə Nadir qızına 750 AZN zərər ödənişi edilib. Bir nəfər zərər çəkən yüngül xəsarət aldığından könüllü şəkildə zərər ödənişindən imtina edib”.

Qeyd edək ki, qəza hadisəsi ötən ilin noyabrın 16-da baş verib.