Bakı-Qazax yolunda avtobus yük avtomobili ilə toqquşub.
“Qafqazinfo” xəbər verir ki, yol qəzası avtomobil yolunun Hacıqabuldan keçən hissəsində qeydə alınıb. Yolda hərəkətdə olan mikroavtobus yük avtomobilinə çırpılıb.
İlkin məlumatlara görə, qəza zamanı 2 nəfər hadisə yerində ölüb. Bir neçə nəfər isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb.
Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Hacıqabulda qəza zamanı xəsarət alanların kimliyi bəlli olub.
Bunlar Gəncə şəhər sakinləri
11 yaşlı Şirəliyev Nicat Fikrət oğlu
13 yaşlı Şirəliyev Yusif Fikrət oğlu
51 yaşlı Şirəliyeva Elnarə Sərxan qızı
Bir nəfər qadının kimliyi dəqiqləşdirilir.
Qəzada ölən iki nəfərin Rusiya vətəndaşı olduğu deyilir
Rəşad Türkoğlu
Son xəbərlər
Son Xəbərlər