Qəzadan 2 gün sonra öldü

qezadan-2-gun-sonra-oldu
Oxunma sayı: 2172

Şəkidə yol qəzasında xəsarət alan şəxslərdən biri xəstəxanada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, fevralın 6-da Şəki-Qax yolunun rayonun Qoxmuq kəndindən keçən hissəsində baş verən qəzada yaralanan Çingiz Kamal oğlu Səmədov ötən gün tibb müəssisəsində dünyasını dəyişib.

“Mercedes 190” və “Hyundai i30” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan digər 4 nəfər: 1989-cu il təvəllüdlü Təbriz Tehran oğlu Hüseynov, 1994-cü il təvəllüdlü Cavad Tehran oğlu Hüseynov, 1995-ci il təvəllüdlü Samir Şamil oğlu İsmayılov və 1990-cı il təvəllüdlü Turqut Rizvan oğlu Abbaszadənin müalicəsi davam etdirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.