Qəzadan akrobatik hərəkətlə qurtuldu- - Video

qezadan-akrobatik-hereketle-qurtuldu-
Oxunma sayı: 1222


“Qafqazinfo”nun məlumatına görə, musavat.com haberrus.com-a istinadən xəbər verir ki, Belarusiyanın Mogilev bölgəsində sürətlə hərəkət edən motosiklet sürücüsü, qarşıda dayanan avtomobilə çırpılıb.

Zərbə nəticəsində müvazinətini itirən sürücü, qeyri-ixtiyari olaraq akrobatik hərəkətlər edib və ayaqları üstə avtomobilin üzərində dayanıb. 

İlginc qəza başqa bir avtomobildə olan kamera tərfindən anbaan qeydə alınıb.