Qəzadan sonra qaçanların cəzası sərtləşdirilir- - Video

qezadan-sonra-qacanlarin-cezasi-sertlesdirilir-
Oxunma sayı: 1282


“Qafqazinfo” ans tv-ə istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinin 264-cü maddəsinə dəyişikliklər təklif edilir. Dəyişikliklərə əsasən, (yol-nəqliyyat hadisəsi törədərək sağlamlığına az ağır, ağır zərər vurma və yaxud ölümə səbəb olub) hadisə yerindən qaçan şəxsə qarşı 5 ilədək sürücülük hüququndan məhrum etmə və ya 4 il həbs cəzası tətbiq olunacaq.

Maddənin hazırda qüvvədə olan variantında isə 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Layihə Milli Məclisin payız sessiyasında müzakirəyə təklif olunacaq.