Qəzalar oldu, mərkəz istiqamətində tıxac yarandı - Foto

qezalar-oldu-merkez-istiqametinde-tixac-yarandi
Oxunma sayı: 3217

Bu gün səhər saatlarında Bakıda nəqliyyat axınının sıx olduğu iki yolda qəza baş verib.

“Qafqazinfo” DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, Ziya Bünyadov ilə Atatürk prospektlərinin kəsişməsində və Aeroport şossesində yol-nəqliyyat hadisəsi baş verib. Hər iki qəza səbəbindən metronun “20 Yanvar” stansiyası və mərkəz istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.