Qəzalar zamanı 19 işıqfor sıradan çıxıb - Video

qezalar-zamani-19-isiqfor-siradan-cixib
Oxunma sayı: 2529

Bu ilin əvvəlindən baş vermiş avtomobil qəzaları nəticəsində 19 işıqfor və 1 işıqforun idarəetmə qutusu sıradan çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov məlumat verib.

O bildirilib ki, mərkəz tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək, yollarda ləngiməni azaltmaq məqsədilə yol polisi ilə mütəmadi olaraq informasiya mübadiləsi aparılsa da, yararsız vəziyyətə düşən işıqforların yenisi ilə əvəz edilməsi bir neçə gün çəkə bilir: “Belə hadisələr zamanı və ya texniki səbəblərdən işıqforlarda problem yarandıqda sürücülərdən “Yol hərəkəti haqqında”Qanunun 77-ci maddəsinin tələblərinə əməl etmələri tövsiyə edilir”.