Qəzalı evi olan Lerik sakini çadırda yaşayır - Video

qezali-evi-olan-lerik-sakini-cadirda-yasayir
Oxunma sayı: 1471

Lerik rayon sakini Müqəddəs Nəbiyevin evi sel səbəbindən yararsız vəziyyətə düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, Real tv-yə müraciət edib.

O, bildirib ki, evinin divarları çat verib, damına su yığılıb. Nəbiyev Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinə müraciət etdikdən sonra ona müvəqqəti yaşamaq üçün çadır verilib. Lakin bir dəfə yağış yağdıqdan sonra çadır da çöküb.

Rayon sakini bildirib ki, evi 2017-ci ildən qəzalı vəziyyətə düşüb, aiddiyyəti qurumlara müraciət etsə də, heç bir nəticə əldə edə bilməyib.

Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov bildirib ki, ilkin olaraq yerli Fövqəladə Hallar Komissiyası yaşayış evinə baxış keçirib, evdə müəyyən qüsurların olması aşkar edilib: “Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən də evə baxılıb. Məlum olub ki, evin yerləşdiyi ərazidə torpaq sürüşməsi var. Buna görə də evdə qüsurlar yaranıb. Hazırda vətəndaşın evi yaşayış üçün yararsızdır”.