Qəzalı körpüyə görə ikinci yol açılıb

qezali-korpuye-gore-ikinci-yol-acilib
Oxunma sayı: 870


“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, yolun ümumi uzunluğu təqribən 3 kilometrdir. Bakı-Masallı istiqamətindən gələn nəqliyyat vasitələri Lənkəran rayonu Boladiçay üzərində yerləşən qəzalı körpüyə çatmamış sağa, Boladi-Zövlə yoluna dönərək hərəkətlərinə davam edə bilərlər. 

Boladi-Zövlə yolu ilə təqribən 500 metr irəlilədikdən sonra yeni inşa olunan Lənkəran-Masallı-Bakı avtomobil yolunda yerləşən körpüyə çıxış təmin olunub. Bu çıxışdan da istifadə edib sola hərəkət etməklə sürücülər yeni inşa olunan yolla təqribən 2 kilometr məsafə qət edib, yenə də sola dönməklə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna çıxa bilərlər.

 Lənkərandan Masallı-Bakı istiqamətində hərəkətdə olan nəqliyyat vasitələri də sözügedən ikinci alternativ yoldan istifadə edə bilərlər. Bu yolla nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən bütün lazımi işlər həyata keçirilib.