Qəzaya düşdü, 17 sevgilisi yanına gəldi- - Çində

qezaya-dusdu-17-sevgilisi-yanina-geldi-
Oxunma sayı: 1772


Yuanın vəziyyəti haqda məlumat almaq istəyən 17 sevgilisi xəstəxanaya üz tutub. 

Hunan əyalətində yaşayan Yuanın sevgililərindən birinin ondan uşağı olduğu məlum olub. Yuanla yarım ildir ki, birlikdə olduğunu söyləyən Şiao Li adlı qadın isə xəstəxanadan xəbəri aldığında çox qorxduğunu ifadə etdi, ancaq “Ard-arda onu görməyə çox gözəl qadınlar gəlməyə başladı. Gözyaşlarım da o zaman kəsildi”-, deyə bildirib. 

Şiao Li digər sevgililərinin Yuana maddi dəstək olduqlarını, qadınların biri ilə təxminən 9 ildir əlaqəsinin olduğunu bildiyini söyləyib.

Qadınlardan digəri  isə Yuanla yaxın zamanda evlənməyi planlaşdırdıqlarını açıqlayıb. 

Polis martın 24-dən bu yana xəstəxanada olan Yuan haqqında sui-istifadə şübhəsiylə istintaqa başlayıb. 

Könül