Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 23-də saat 06 radələrində Bakı şəhər sakinləri Eldar Hüseynovun idarə etdiyi “Daewoo” və Rauf Yusubovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Yusubovun sərnişini, atası Sabir xəstəxanaya aparılarkən yolda ölüb, özü isə xəstəxanaya yerləşdirilib. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər