Qəzaya düşən helikopterin qalıqları tapılıb

qezaya-dusen-helikopterin-qaliqlari-tapilib
Oxunma sayı: 720

Venesuelada Hərbi hava Qüvvələrinə məxsus Mi-17B markalı helikopterin qalıqları tapılıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə Venesuela Müdafiə nazirliyi məlumat yayıb.

Vertolyot 2016-cı ilin dekabrın 30-da Puerto-Ayakuçodan La-Esmeralda istiqamətində uçarkən radardan itib. Helipoterin qalıqları Esmeraldadakı hərbi bazadan 50 dəniz mili uzaqlıqda tapılıb. Qəza nəticəsində  13 nəfərin itkin düşdüyü bildirilib. Onların sağ tapılma ehtimalının az olduğu vurğulanıb.