“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, sözügedən əməkdaşlar təyyarələrin uçuşdan öncəki nəzarət-yoxlama işlərinə görə məsuliyyət daşıyırlar. Hava limanı əməkdaşlarının qəzaya uğrayan təyyarənin yük bölməsinə əvvəlcədən nəzarət etmədiyinə dair şübhələr yaranıb. Hazırda faktla bağlı istintaq işi başladılıb.
Təxminən, bir həftə əvvəl təyyarənin Yava dənizində qəzaya uğraması nəticəsində 162 nəfər olüb. Xilasedicilər indiyə qədər 37 nəfərin meyitini aşkarlaya biliblər. Təyyarə Surabaya Sinqapur reysi üzrə hərəkət edən zaman qəza baş verib.
Ötən gün axtarış əməliyyatçıları təyyarənin quyruq hissəsini də tapıblar. Təyyarənin “qara qutu”su məhz bu bölmədə yerləşir. Regionda güclü küləklərin əsməsi axtarış əməliyyatlarının işini çətinləşdirir.
Son xəbərlər
Son Xəbərlər