Anadolu Cümhuriyyət Baş Prokurroluğunda İstanbulda Sabiha Gökçen Hava limanında qəzaya düşən təyyarənin pilotlarına qarşı cinayət işi açılıb.
“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hər iki pilot “iki və daha çox insanın ölümü və xəsarət almasına səbəb olma” maddəsi üzrə ittiham olunurlar.
Bildirilir ki, pilotların xəstəxanada müalicələri yekunlaşdıqdan sonra dindirilmək üçün polis şöbəsinə aparılacaqlar. Pilot Mahmut A. və cənubi koreyalı pilot Ferdinant P.-nin içkili və ya narkotik maddənin təsiri altında olub-olmadığını müəyyən etmək üçün onlardan qan nümunəsi götürüləcək.
Həmçinin, prokurorluq iki pilotun mobil telefonlarının məhkəmə qərarı ilə müsadirə edilməsini də tələb edib.
Xatırladaq ki, “Pegasus” hava yollarına məxsus İzmir-İstanbul aviareysi üzrə hərəkət edən “Boeing 737-800” təyyarəsi dəniz üzərindən Sabiha Gökçən Hava limanında sərt eniş edərkən sürüşərək zolaqdan çıxıb və 3 hissəyə parçalanıb. Nəticədə 3 nəfər həyatını itirib, 179 nəfər xəsarət alıb.
Son xəbərlər
Son Xəbərlər